Mövlud Çavuşoğlu Şimali Kıbrıs Türk Cümhuriyyəti və İndoneziyanın XİN rəhbərlərilə görüşüb

Xarici işlər naziri Mövlud Çavuşoğlu Kıbrıs Türk xalqının suveren bərabərliyi və bərabər beynəlxalq statusunun ən qısa zamanda təsdiq edilməsinin vacibliyini ifadə edib.

1708102

Sentyabrın 21-də başlayacaq Birləşmiş Millətlər Təşkilatının (BMT) 76-cı Baş Assambleyası Toplantılarına qatılmaq üçün Amerika Birləşmiş Ştatlarının (ABŞ) Nyu York şəhərində olan Çavuşoğlu diplomatik görüşlərini davam etdirir.

Çavuşoğlu Şimali Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) xarici işlər naziri Tahsin Ertuğruloğlu ilə görüşüb.

Görüşdən sonra Çavuşoğlu öz "Twitter" hesabında paylaşım edib:

"BMT Baş Assambleyası toplantılarından əvvəl əziz qardaşım, KKTC xarici işlər naziri Tahsin Ertuğruloğlu ilə məsləhətləşdik. Kıbrıslı Türklərin suveren bərabərliyi və bərabər beynəlxalq statusu ən qısa zamanda qeydiyyata alınmalıdır. Çiyin-çiyinə mübarizəmiz davam edir".

Çavuşoğlu indoneziyalı həmkarı Retno Marsudi ilə də görüşüb.

Görüşlə əlaqədar olaraq Çavuşoğlu "Gələcək ay ölkəmizdə ev sahibliyi edəcəyimiz İndoneziya xarici işlər naziri Retno Marsudi ilə BMT Baş Assambleyası çərçivəsində səmərəli görüş keçirdik. İkitərəfli əlaqələrimizi bütün sahələrdə daha da gücləndirəcəyik. BMT, İslam Əməkdaşlıq Təşkilatı, D-8 və MIKTA-da İndoneziya ilə sıx əməkdaşlıq edirik" deyib.

Әlaqәli Xәbәrlәr