"Dynamic Monrch/Kurtaran 2021" sualtı axtarış və xilasetmə təlimi başlayıb

Dəniz Qüvvələri Komandanlığının ev sahibliyi etdiyi "Dynamic Monrch/Kurtaran 2021" sualtı axtarış və xilasetmə təlimi Muğlanın Marmaris qəsəbəsində Aksazda başlayıb.

1706593

Milli Müdafiə Nazirliyinin "Twitter" hesabından edilən paylaşımda təlimin "Manevr Brifinqi" ilə başladığı bildirilib.

Təlimdə Türkiyə, Amerika Birləşmiş Ştatları və İtaliya Hərbi Dəniz Qüvvələri iştirak edərkən, İspaniya da müşahidəçi ölkə qismindədir. 
Sentyabrın 24 -dək davam edəcək təlim siqnal və axtarış mərhələsi ilə davam edir.

Әlaqәli Xәbәrlәr