Suriyanın şimalında daha 6 terrorçu məhv edilib

Suriyanın şimalında separatçı terror təşkilatı PKK üzvü 6 terrorçu zərərsizləşdirilib.

1705167
Suriyanın şimalında daha 6 terrorçu məhv edilib

Milli Müdafiə Nazirliyi (MMN) bu barədə açıqlama verib. Bildirib ki, Suriyanın şimalında yerləşən və Türk silahlı qüvvələrinin həyata keçirdiyi “Fərat Qalxanı” əməliyyatı nəticəsində quldurlardan təmizlənən əraziyə hücum təşkil etməyi planlaşdıran PKK/YPG üzvü terrorçulara türk hərbçilərimiz müdaxilə edib. atışma nəticəsində 6 terrorçu zərərsizləşdirilib. Açıqlamada, terrora qarşı mübarizənin əzm və qərarlılıqla davam edəcəyi vurğulanıb.

İraqın şimalında isə terror təşkilatı PKK/KCK üzvü üç terrorçu zərərsizləşdirilib.

Təhlükəsizlik qaynaqlarından əldə edilən alınan məlumata görə, Metinada "Pençe-Şimşek" əməliyyatındakı təhlükəsizlik qüvvələrinə qarşı hücum etməyə hazırlaşan 3 PKK/KCK terrorçusu aşkarlanıb.

Milli Kəşfiyyat Təşkilatının (MİT) dünən keçirdiyi əməliyyatda 3 terrorçu zərərsizləşdirilib.



Әlaqәli Xәbәrlәr