Türkiyənin hidroelektrik enerjisi istehsalı artıb

Türkiyə hidroelektrik potensialı baxımından ilk 10 ölkə arasında iştirak edir, bunu Prezident Rəcəb Tayyib Ərdoğan deyib.

1704599
Türkiyənin hidroelektrik enerjisi istehsalı artıb

Prezident Ərdoğan, sosial media hesabında Türkiyənin hidroelektrik gücünə dair məlumat paylaşıb. Prezident qeyd edib ki, Ədalət və İnkişaf Partiyasının (AKP) hakimiyyəti dövründə inşa edilən hidroelektrik stansiyaları sayəsində Türkiyə çox fərqli mövqeyə qovuşdurulub. Sərmayə qoyuluşlarımız bundan sonra da sürətlə davam edəcək deyən prezident, ölkənin inkişafı uğrunda heç nədən imtina etmiyəcəklərini vurğulayıb. Ərdoğan, Türkiyənin hidroelektrik gücü baxımından ilk 10 ölkə arasında qərarlaşdığını, ölkədə 31436 meqavat gücündə 735 hidroelektrik stansiyasının və bu stansiyaların ümumi elektrik istehsalında payının 20,1% olduğunu sözlərinə əlavə edib.



Әlaqәli Xәbәrlәr