Hulusi Akar Kabil hava limanının istismarına dair münasibət bildirib

Milli Müdafiə naziri Hulusi Akar Türkiyənin, Əfqanıstanın paytaxtı Kabil hava limanının istismarı ilə əlaqədar cərəyan edən prosesləri yaxından izlədiyini qeyd edib.

1699690
Hulusi Akar Kabil hava limanının istismarına dair münasibət bildirib

Hulusi Akar 30 Avqust Zəfər Bayramı və Türk Silahlı Qüvvələri Günü münasibətilə Dövlət Məzarlığını ziyarəti zamanı jurnalistlərə açıqlama verib.

Baş Qərargah Başçısı General Yaşar Gülər, ordu komandirləri və zabitlərin müşayiət etdiyi Hulusi Akar bir jurnalistin Kabil Həmid Karzai Beynəlxalq Hava Limanının istismari ilə əlaqəli ünvanladığı suala cavabən: “Türkiyə olaraq Əfqanıstanda baş verənləri yaxından izləyirik. Əfqanıstanla keçmişə əsaslanan əlaqələrimiz, tarixi keçmişimiz və ortaq dəyərlərimiz var. Bu ölkədə cərəyan edən prosesləri yaxından izləyir və konkret şərtlər ortaya çıxar, bizdən bu barədə bir tələb olarsa bunu qiymətləndirməyə hazırıq”.



Әlaqәli Xәbәrlәr