Ay-ulduz bayraqlı hava şarı göylərdə 40 dəqiqə süzdü

Beynəlxalq II Kapadokiya İsti Hava Şarı Festivalı çərçivəsində 30 Avqust Zəfər Bayramı hava şarı səhər saatlarında Nevşehirin Görəmə qəsəbəsindəki festival sahəsinə gətirildi...

1699581
Ay-ulduz bayraqlı hava şarı göylərdə 40 dəqiqə süzdü

 

  Türkiyənin mühüm turizm mərkəzlərindən Kapadokiya bölgəsində yerli isti hava şarı istehsal edən firma tərəfindən hazırlanan ay-ulduz naxışlı şarın təqdimatı edildi.

  Beynəlxalq II Kapadokiya İsti Hava Şarı Festivalı çərçivəsində 30 Avqust Zəfər Bayramı hava şarı səhər saatlarında Nevşehirin Görəmə qəsəbəsindəki festival sahəsinə gətirildi.

  Qruplar tərəfindən edilən hazırlıqlardan sonra şar şişirilərək pəribacaları arasında sərgiləndi.

  Əllərindəki Türkiyə bayraqları ilə meydana gələnlər nəhəng Türkiyə bayrağı görüntülü hava şarının ətrafında fotoşəkillər çəkdirdilər.

  Kapadokiyada pəribacaları və təbii qayalardan meydana gələn müxtəlif maraqlı görüntüləri turistlərin quş baxışı ilə seyr etməsinə imkan verən digər isti hava şarları da 30 Avqust Zəfər Bayramı münasibətilə səbətlərinə Türkiyə bayrağı və Atatürkün plakatını asıblar.

  Ay-ulduzlu bayraqları aparan onlarla isti hava şarı bölgədəki vadilərin üzərində təxminən 40 dəqiqə boyu süzüb.



Әlaqәli Xәbәrlәr