Əfqanıstandan qürurla qayıdan Türkiyə əsgərləri vətəndə

Türkiyə Milli Müdafiə Nazirliyi Əfqanıstanda hərbi xidmət göstərən mehmetciyin geri dönəcəyini bildirmişdi

1697685
Əfqanıstandan qürurla qayıdan Türkiyə əsgərləri vətəndə

 

  Əfqanıstandakı vəzifəsini müvəffəqiyyətlə yerinə yetirən Türkiyə əsgəri vətənə dönməyə başladı.

  Türkiyə Milli Müdafiə Nazirliyi Əfqanıstanda hərbi xidmət göstərən mehmetciyin geri dönəcəyini bildirmişdi.

  Türkiyə vətəndaşlarının ölkədən çıxarılmasına dair işlər tamamlandıqdan sonra Kabil Hamid Karzai Beynəlxalq Havalımanında xidmət göstərən türk əsgərləri çıxmağa başladı.

  Türkiyə Hava Qüvvələrinə aid sərnişin təyyarəsiylə Kabildən Pakistanın paytaxtı İslamabada uçan Türkiyə Silahlı Qüvvələri əsgərləri daha sonra buradan Türkiyə Hava Yollarının TK 6889 təyyarəsiylə paytaxt Ankaraya hərəkət edib. İçində 345 nəfərin olduğu təyyarə Türkiyə saatı ilə 11.45-də Ankara Esenboğa Havalımanına enib.

  Xatırladaq ki, Türkiyənin milli müdafiə naziri Hulusi Akar Əfqanıstanda xidməti vəzifələrinin öhdəsindən müvəffəqiyyətlə gələn mehmetciyin qürurla Əfqanıstandan çıxmağa başladığını, qalan işlərin də ən qısa zamanda tamamlanacağını söyləmişdi.

  Qeyd edək ki, Türkiyə Əfqanıstandakı Beynəlxalq Təhlükəsizlik Kömək Qüvvələrində (İSAF) xidmət göstərən əsgərlərini 2002-ci ilin iyununda bu ölkəyə göndərmişdi.

  1400 əsgərdən ibarət Türkiyə hərbi birliyi içində Kabil Havalimanını qoruyan hava qüvvələri personalı da var idi.



Әlaqәli Xәbәrlәr