İslam Əməkdaşlıq Təşkilatının (İƏT) növbəti Baş Assambleyası iclası keçirilir

Prezident Rəcəb Tayyib Ərdoğan: “Müsəlmanlar artıq bütün insanların təhlükəsizliyi və gələcəyi ilə yanaşı, öz əmin-amanlığı və rifahı üçün də məsuliyyət daşımalıdır”.

1696924
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) növbəti Baş Assambleyası iclası keçirilir

Prezident Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İstanbulda keçirilən Gənclik Forumunun 4-cü Baş Assambleyası yığıncağına ünvanladığı mesajında: “Dünya gündəmində ilk sıralarda iştirak etməkdə davam edən təhlükəsizlik problemləri, terror fəaliyyətləri və epidemiyalar, arzuladığımız sülhün bərpasına imkan vermir. Bütün bəşəriyyəti təhdid edən bu problemlər təəssüf ki, ən cıx müsəlman ölkələrdə dərin izlər buraxır. Suriyadan Əfqanıstana geniş bir coğrafiyada qarşıdurmalar, köç, yoxsulluq və xəstəliklərə qarşı mübarizə aparan müsəlmanlar, bir tərəfdən də xüsusilə Qərb ictimaiyyətində artan İslamofobiya və irqçiliyə qarşı mübarizə aparmaq məcburiyyətində qalırlar. Bir tərəfdə aclığın, müharibənin və yoxsulluğun, digər tərəfdə dəbdəbənin olduğu bu ədalətsiz nizam daha çox davam edəbilməz. Bu mümkünsüzdür. Müsəlmanlar artıq həm öz əmin-amanlığı və rifahları üçün həm də bütün insanların təhlükəsizliyi və gələcəyi üçün məsuliyyət daşımalı və şahidi olduqları haqsızlıqlara biganə qalmamalıdılar. Müsəlmanlara yaraşan uzaqgörənliklə hərəkət edərək, imperialistlərin təhlükəli oyunlarına aldanmamaqdır”-deyə prezident Ərdoğan vurğulayıb.



Әlaqәli Xәbәrlәr