Türkiyə Əfqanıstandan neçə nəfər çıxardığı açıqlayıb

Xarici işlər naziri Mövlud Çavuşoğlu bu barədi məlumat verib.

1696441
Türkiyə Əfqanıstandan neçə nəfər çıxardığı açıqlayıb

Mevlüt Çavuşoğlu Ankarada səfərdə olan Uruqvayın xarici işlər naziri Francisco Bustill ilə bir araya gəldikdən sonra təşkil edilən birgə mətbuat konfransında: “Bu günə qədər Əfqanıstandan 1404 nəfəri təxliyə etdik. Bunlardan 1061 nəfəri Türkiyə vətəndaşı, digərləri isə müxtəlif ölkələrin vətəndaşlarıdır. Hazırda ölkədə 4500 vətəndaşımız var. Hər bir vətəndaşımıza zəng etdik. Onlardan 200-ü ölkədən çıxmaq istidiklərini bildirsə də, digərləri qayıtmaq istəmədiklərini bəyan etdilər. Lakin onlara lazımlı xəbərdarlıqları edildi.

İngilis mediasında “Pakistan və Türkiyədə miqrant mərkəzləri qurulacaq” şəklində əks edən xəbərlərə də münasibət bildirən Çavuşoğlu Qeyd edib ki, bu xəbərlər məsnidsizdir. İngiltərə Müdafiə Nazirliyinin belə bir açıqlaması olmayıb. Bu BBC-nin səhvindən ibarətdi. Sözügedən media orqanı səhvini başa düşdükdən sonra sosial mediadakı xəbərini dərhal silmişdir.



Әlaqәli Xәbәrlәr