Türkiyənin milli müdafiə naziri azərbaycanlı və liviyalı həmkarları ilə görüşdü

İstanbulda keçirilən Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (İDEF-21) Türkiyə və Azərbaycan müdafiə nazirləri bir araya gəlib

1693073
Türkiyənin milli müdafiə naziri azərbaycanlı və liviyalı həmkarları ilə görüşdü

 

  Türkiyənin milli müdafiə naziri Hulusi Akar azərbaycanlı həmkarı general Zakir Həsənovla görüşdü, Liviyanın Baş Qərargah rəisi Məhəmməd Əli Həddadı qəbul etdi.

  İstanbulda keçirilən Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (İDEF-21) Türkiyə və Azərbaycan müdafiə nazirləri bir araya gəlib. Görüşdə ikitərəfli, regional müdafiə, təhlükəsizlik və müdafiə sənayesi ilə bağlı əməkdaşlıq mövzularında fikir mübadiləsi aparılıb.

  Ermənistan tərəfindən son vaxtlar Azərbaycanın sərhəd xəttində törədilən hücumlar və narahatlıqla əlaqədar Hulusi Akar Türkiyənin haqlı olan Azərbaycan bacı-qardaşlarının yanında olmağa davam edəcəyini vurğulayıb.

  İDEF-21 çərçivəsində Türkiyənin müdafiə naziri Liviya Baş Qərargahının rəisi general Məhəmməd Əli Həddad ilə də görüşüb. İkitərəfli və regional müdafiə və təhlükəsizlik mövzularının müzakirə edildiyi görüşdə türkiyəli nazir iki ölkə arasındakı 500 illik qardaşlığa toxunaraq Türkiyənin Liviyada xarici qüvvə olmadığını, "Liviya liviyalılarındır" anlayışı içində haqlı iddialarında Liviyanın yanında olmağa davam edəcəklərini vurğulayıb.



Әlaqәli Xәbәrlәr