“Əfqanıstanda bununla bağlı hər cür tədbir görüləcək”, H.Akar

Türkiyə Milli Müdafiə Nazirliyindən verilən məlumata görə...

1692101
“Əfqanıstanda bununla bağlı hər cür tədbir görüləcək”, H.Akar

 

  Türkiyənin milli müdafiə naziri Hulusi Akar Əfqanıstanın paytaxtı Kabildəki personalın təhlükəsizliyinin birinci prioritetləri olduğunu vurğulayaraq bununla əlaqədar hər cür tədbir görüləcəyini bildirib.

  H.Akarın sədrliyi ilə nazirlikdə edilən və Əfqanıstandakı Türkiyə Hərbi Qüvvələri Komandanlığının qatıldığı videokonfransda ölkədəki son proseslər müzakirə olunub.

  Türkiyə Milli Müdafiə Nazirliyindən verilən məlumata görə, yığıncaqda Baş Qərargah rəisi general Yaşar Güler və Hava Qüvvələri komandiri general Həsən Küçükakyüz də iştirak edib.

  Əfqanıstandakı Türkiyə Hərbi Qüvvələri Komandanlığı tərəfindən ölkədəki son vəziyyətlə bağlı məlumat verilən yığıncaqda danışan Hulusi Akar prosesləri yaxından izlədiklərini bildirərək deyib: “Kabildəki personalın təhlükəsizliyi birinci prioritet məsələmizdir. Bununla əlaqədar olaraq hər cür tədbir görüləcək”.

  Qeyd edək ki, Əfqanıstanla əlaqədar olaraq Türkiyənin Milli Müdafiə Nazirliyinə bağlı hərəkat mərkəzləri hadisələr başlayandan bəri fəaliyyətdədir və proseslər anbaan izlənilir.



Әlaqәli Xәbәrlәr