Bekir Pakdemirli: “Türkiyədə böyük yanğınların hamısı söndürülüb”

Kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli Türkiyədə 15 gün davam böyük miqyaslı meşə yanğınlarının söndürüldüyünü bildirib.

1689928
Bekir Pakdemirli: “Türkiyədə böyük yanğınların hamısı söndürülüb”

Kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli Türkiyədə 15 gün davam böyük miqyaslı meşə yanğınlarının söndürüldüyünü bildirib.

Nazir özünün "Twitter" səhifəsində yazıb: "Muğlanın Göyçeğiz qəsəbəsindəki yanğın da nəzarətə alındı. Bu yanğınlar Türkiyə tarixində ən böyük meşə yanğınlarıdır. 28 iyulda başlayan, 15 gün davam edən və tariximizdə ən böyük meşə yanğınlarının sonuncusu olan Muğla Köycegiz yanğınını da meşə qəhrəmanlarının böyük səyi nəticəsində nəzarət altına ala bildik.

Beləliklə, ölkəmizdə baş vermiş böyük yanğınların hamısını söndürmüş olduq. Bu böyük fəlakətdə əziz millətimizlə də meşə üçün tək ürək olduq. Minnətdarıq. Başda hörmətli Prezidentimiz olmaqla, bizə dəstəyini əsirgəməyən ölkələrə, ictimai qurumlara və təşkilatlara, QHT-lərə təşəkkür edirik. Canımız yandı, nəfəsimiz yandı. Birlikdə cücərdəcəyik. Əmin olun”.



Әlaqәli Xәbәrlәr