Türkiyə Maliyə başsağlığı verib

Türkiyə Malidə törədilən terror aktını qınadı.

1688485
Türkiyə Maliyə başsağlığı verib

Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada deyilib:

"Malinin Gao bölgəsində 8 avqust 2021 tarixində dinc əhalini hədəf alan terror aktları nəticəsində 50 -dən çox adamın həyatını itirdiyi kədərlə öyrənildi. Bu mənfur terror aktlarını şiddətlə qınayırıq və həyatını itirənlərin ailələrinə, dost və qardaş Mali xalqına və hökumətinə başsağlığı veririk".

Qeyd edək ki, Malinin Ansongo bölgəsindəki Ouatagouna rayonunda 4 kənd silahlı terror qrupları tərəfindən hücuma məruz qalmış, onlarla insan həlak olmuş və bir çox sayda insan da yaralanmışdı.



Әlaqәli Xәbәrlәr