Türkiyə İsveçrəyə etiraz bildirdi

Xarici İşlər Nazirliyindən edilən şərhdə yazılır...

1688929
Türkiyə İsveçrəyə etiraz bildirdi

 

  Türkiyə Cenevredə PKK/YPG terror təşkilatının “nümayəndəliy”inin açılması ilə əlaqədar İsveçrəyə etiraz bildirdi.

  Xarici İşlər Nazirliyindən edilən şərhdə yazılır: "Paytaxt Cenevredə PKK/YPG terror təşkilatının “Şimali və Şərqi Suriya Muxtar İdarəçiliyi” adı altında sözdə nümayəndəliyinin açılması ilə bağlı İsveçrənin Türkiyə Səfirliyinin müşaviri nazirliyə çağrılaraq etiraz bildirildi və mövzu ilə əlaqədar izahat istənildi.

  Adı keçən məsələ ilə bağlı İsveçrə mövqeləri əvvəllər də cəhdlər edib. Bu qanlı terror təşkilatı və qruplarının “dərnək” və ya “qeyri-hökumət təşkilatı” adları altında təbliğat və hökumət əleyhinə hərəkətlərinə heç bir şəkildə icazə verilməməli, terror təbliğatına dərhal son qoyulmalıdır.  

  Terrorla mübarizədə terror təşkilatları arasında ayrı-seçkilik edilməməlidir. Onları hədəf almayan terror təşkilatlarına qucaq açanlara bu xəstəlik bir gün bulaşacaq.

  Türkiyə Avropa İttifaqı tərəfindən də terror təşkilatı olaraq qəbul edilən PKK və qrupları ilə mübarizəsini hər yerdə durmadan davam etdirəcək."



Әlaqәli Xәbәrlәr