Ömər Çelik: "Türkiyə heç kim üçün sığınacaq düşərgəsi deyil"

Ömər Çelik Prezident və Partiyanın sədri Rəcəb Tayyib Ərdoğanın başçılıq etdiyi Partiya Mərkəzi İcra Heyətinin (MYK) iclası davam edərkən mətbuata açıqlama verib.

1688247
Ömər Çelik: "Türkiyə heç kim üçün sığınacaq düşərgəsi deyil"

"Türkiyə heç kim üçün sığınacaq düşərgəsi deyil".

Bunu Ədalət və İnkişaf (AK) Partiyasının sözçüsü Ömər Çelik Prezident və Partiyanın sədri Rəcəb Tayyib Ərdoğanın başçılıq etdiyi Partiya Mərkəzi İcra Heyətinin (MYK) iclası davam edərkən mətbuata açıqlamasında deyib.

Çelik çıxışında Türkiyəyə gələn əfqan miqrantlarla əlaqədar olaraq, "Türkiyə ölümdən qaçan insanlara qucaq açır. Bundan sui-istifadə edilməsinə qətiyyən icazə vermərik. Türkiyə heç kim üçün qaçqın düşərgəsi deyil" deyə bildirib. 

Türkiyənin bundan sonra daha çox köç yükünün öhdəsindən gələ bilməyəcəyini vurğulayan Çelik "Türkiyənin sərhəd məntəqələrini qoruma qabiliyyəti güclüdür" deyib.

Keçən həftə ABŞ bəzi əfqanların Türkiyə də daxil olmaqla, üçüncü ölkələr vasitəsilə ABŞ-a immiqrasiya üçün müraciət edə biləcəklərini açıqladı və Ankara sərt reaksiya verdi.

Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç “Türkiyə olaraq ABŞ-ın ölkəmizlə məsləhətləşmədən verdiyi məsuliyyətsiz qərarı qəbul etmirik. ABŞ bu insanları ölkələrinə aparmaq istəyirsə, onları təyyarələrlə birbaşa ölkələrinə köçürmək mümkündür" deyə açıqlama vermişdi.



Әlaqәli Xәbәrlәr