Müdafiə naziri Hulusi Akar Pakistana yola düşüb

Milli Müdafiə naziri Hulusi Akar Pakistanın paytaxtı İslamabada rəsmi səfərə gedib.

1688634
Müdafiə naziri Hulusi Akar Pakistana yola düşüb

Hulusi Akar paytaxt İslamabada səfəri çərçivəsində müdafiə naziri Pərviz Xəttək, müdafiə və istehsal naziri Zobaida Cəlal və quru qüvvələri komandanı Qamar Cavad Bajva ilə görüşəcək. Danışıqlarda iki ölkə arasında hərbi, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığın irəli pillələrə qaldırılması mövzuları müzakirə olunacaq. Əfqanıstanda cərəyan edən proseslər o cümlədən regional problemlər də müzakirə ediləcək mövzular arasında olacaq.



Әlaqәli Xәbәrlәr