Türkiyə Çaddakı terror hücumunu qınayıb

Türkiyə Çadda Boko Haram terror təşkilatı tərəfindən törədilən terror aktını qınadı.

1686421
Türkiyə Çaddakı terror hücumunu qınayıb

Türkiyə Çadda Boko Haram terror təşkilatı tərəfindən törədilən terror aktını qınadı.

Xarici İşlər Nazirliyinin bununla bağlı açıqlamasında Çadın Kamerun sərhədi yaxınlığındakı Çad gölü bölgəsində Boko Haram terror təşkilatının həyata keçirdiyi terror hücumu nəticəsində onlarla əsgərin həyatını itirdiyinin və çox sayda insanın yaralandığının kədərlə  öyrənildiyi qeyd edilib.

"Bu imənfur terror aktını qınayır, həyatını itirənlərin ailələrinə, dost və qardaş Çad xalqına və hökumətinə dərin hüznlə başsağlığı verir, yaralıların tezliklə şəfa tapmasını diləyirik" deyə açıqlamada bildirilib.



Әlaqәli Xәbәrlәr