Prezident Ərdoğan və Ali Hərbi Şura üzvləri “Anıtkabiri” ziyarət etdi

Türk Silahlı Qüvvələrinin (TSQ) terror təşkilatlarına qarşı mübarizə çərçivəsində ölkə ərazilərində və xaricdə həyata keçirdiyi uğurlu əməliyyatları xalqa güvən bəxş edir, Bunu Prezident Rəcəb Tayyib Ərdoğan deyib.

1685490
Prezident Ərdoğan və Ali Hərbi Şura üzvləri “Anıtkabiri” ziyarət etdi
erdogan yas uyeleri anitkabir'de.jpg
erdogan yas toplantisi.jpg

Prezident Ərdoğanın başçılıq etdiyi Ali Hərbi Şura üzvləri Anıtkabiri (Türkiyə Respublikasının qurucusu Atatürkün məqbərəsi) ziyarət edib.

Ərdoğanın Anıtkabir qeydiyyat dəftərinə bunları yazıb: “Hörmətli Atatürk, Ali Hərbi Şuranın üzvləri olaraq, 2021 -ci il toplantısı münasibətilə huzuruunuzdayıq. Qeyd etdiyiniz kimi, Türkiyə Respublikasını müasir sivilizasiyaların səviyyəsinə qaldırmaq üçün mübarizəmizi davam etdiririk. Ümumdünyanı sarsıdan yeni tip koronavirus (Kovid-19) epidemiyasına baxmayaraq iqtisadiyyatdan Müdafiəyə, istehsaldan sağlamlığa qədər bir çox sahədə əhəmiyyətli uğurlara imza atırıq. Bu prosesdə TSQ, Ölkədə və xaricdə uğurlu əməliyyatlar həyata keçirərək millətimizə güvən bəxş edir. Ruhunuz mübarək olsun”.



Әlaqәli Xәbәrlәr