“Türkiyənin hava qüvvələri yaxşıdır, amma…” M.Özkaya

Meşə Təsərrüfatı Departamentinin müdir yardımçısı Mustafa Özkaya sözügedən mövzu ilə bağlı deyib...

1685007
“Türkiyənin hava qüvvələri yaxşıdır, amma…” M.Özkaya

 

  Türkiyənin cənub bölgələrini 28 iyuldan bu yana təsiri altına alan meşə yanğınlarıyla mübarizəyə 6 ölkədən hava dəstəyi gəlib.

  Meşə Təsərrüfatı Departamentinin müdir yardımçısı Mustafa Özkaya sözügedən mövzu ilə bağlı deyib: ”Türkiyənin 45 vertolyot və 3 təyyarəsi ilə yanaşı xarici ölkələrdən də dəstək gəlib və hələ gəlməkdədir. Bu gün ölkədə olan 18 xarici hava vasitəsinin 12-i təyyarə və 6-sı vertolyotdur. Təyyarələrdən 10-u və vertolyotların hamısı əvəzsiz xidmət göstərir.

  Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyi, Xarici İşlər Nazirliyi və ya  Fəlakət və Fövqəladə Hallar Departamenti (AFAD) hər hansı bir beynəlxalq yardım istəməyib. İran 1 təyyarə və 2 vertolyotla, Azərbaycan 1 vertolyot və 53 maşınlıq quru qrupuyla yanğın bölgəsindədir. Ukrayna 3 təyyarə ilə dəstək verdi. Rusiyadan da 5 təyyarə və 3 vertolyot gəldi.

  Avropa İttifaqındakı Vətəndaş Qoruma Mexanizminə gəlincə, bu, Aİ-yə üzv ölkələrin haqq ödəyərək meydana gətirdikləri bir mexanizmdir. AFAD da buranın üzvüdür. Ehtiyac duyulan ölkələrə buradan dəstək verilir. Bu, bir yardım deyil. Öz haqqımızı yeri gəldiyində istifadə edirik. Bunun adı kömək deyil, dəstəkdir. Biz haqqımız olanı istəyirik.

  Xorvatiya, İspaniya, Fransa və Rumıniyadan 5 təyyarəlik təklif gəlib. Rumıniya və Fransa təyyarələri uyğun olmadı. Xorvatiyadan 1, İspaniyadan isə 2 olmala 3 amfibiya təyyarəsi göndərildi.

  Türkiyənin hava qüvvələri yaxşıdır, amma dəstək vermək istəyən ölkələri də qıra bilmirik. Bu yardım istəklərini geri çevirmək diplomatik olaraq da doğru deyil."



Әlaqәli Xәbәrlәr