Prezident Rəcəb Tayyib Ərdoğan Kays Saidlə telefonla danışıb

Prezident Rəcəb Tayyib Ərdoğan Tunis Prezidenti Kays Saidlə telefonla danışıb.

1684431
Prezident Rəcəb Tayyib Ərdoğan Kays Saidlə telefonla danışıb

Prezident Rəcəb Tayyib Ərdoğan Tunis Prezidenti Kays Saidlə telefonla danışıb.

Prezident Administrasiyası İctimaiyyətlə əlaqələr idarəsinin verdiyi məlumata görə, telefon danışığında Tunisdəki inkişaflar, ikitərəfli əlaqələr və regional mövzular müzakirə edilib.

Ərdoğan telefon söhbətində sabitliyin, daxili sülhün və əmin-amanlığın bölgə üçün də əhəmiyyətli olduğuna diqqət çəkib və Tunisdə demokratiyanın qorunması, azadlıqların təmin edilməsi və qanunun aliliyinə riayət edilməsinin çox dəyərli olduğunu bildirib.

Tunis Prezidenti Kays Said keçən həftə ölkəsinin qarşı-qarşıya olduğu siyasi və iqtisadi böhranla küçə etirazlarını əsas gətirərək, parlamentin işini 30 gün dayandırdığını, baş naziri istefaya göndərdiyini və yeni baş nazir təyin edərək icra hakimiyyəti işlərinə özünün cavabdeh olacağını bəyan etmişdi.



Әlaqәli Xәbәrlәr