Türkiyə meşə yanğınları ilə bağlı məlumat

Türkiyədə çıxan meşə yanğınlarında həyatını itirənlərin sayı 7 oldu

1683661
Türkiyə meşə yanğınları ilə bağlı məlumat

 

  Türkiyədə çıxan meşə yanğınlarında həyatını itirənlərin sayı 7 oldu.

  Türkiyənin səhiyyə naziri Fəxrəddin Koca “twitter” hesabından etdiyi paylaşmada Antaliyanın Manavqat qəsəbəsindəki yanğında daha iki nəfərin vəfatıyla ümumi ölən sayının 7 olduğunu bildirərək yazıb: “Manavqatdakı yanğından təsirlənən 507 adamdan 497-sinin müalicəsi tamamlanaraq xəstəxanadan buraxılıb. 10 nəfərin müalicəsi davam edir. 34 ədəd 112 təcili yardım maşını, 15 Milli Medikal Xilasetmə Qrupu (UMKE), 1 mobil təlimat maşını və 183 sağlıq personalıyla hadisə yerindəyik.

  Mersindəki yanğından təsirlənən 154 adamın müalicəsi tamamlanaraq xəstəxanadan buraxılıb. 28 ədəd 112 təcili yardım maşını, 2 Milli Medikal Xilasetmə Qrupu, 90 sağlıq personalıyla hadisə yerindəyik. Səhiyyə işçiləri adından bütün mersinlilərə “keçmiş olsun” deyirəm.

  Muğlanın Marmaris və Bodrum qəsəbələrindəki yanğınlardan təsirlənən 203 adamdan 186-sı xəstəxanadan buraxılıb, 17 nəfərin isə müalicəsi davam edir. Hadisə yerində 39 ədəd 112 təcili yardım maşını, 15 Milli Medikal Xilasetmə Qrupu və 193 sağlıq personalı xidmət göstərir."



Әlaqәli Xәbәrlәr