Türkiyədə meşə yanğınlarının baş verdiyi qəsəbələr təbii fəlakət bölgəsi elan edilib

Bunu Türkiyə prezidenti bildirib.

1683257
Türkiyədə meşə yanğınlarının baş verdiyi qəsəbələr təbii fəlakət bölgəsi elan edilib

Türkiyədə meşə yanğınlarının baş verdiyi qəsəbələr təbii fəlakət bölgəsi elan edilib.

Bunu Türkiyə prezidenti bildirib.

Rәcәb Tayyib Әrdoğan deyib: “Meşə yanğınlarının təsirinə məruz qalan bölgələrimizi təbii fəlakət bölgəsi elan etdik. Millətimizə dəyən zərərin aradan qaldırılması və onların durumunun əvvəlkindən yaxşı olması üçün lazım olan bütün addımları atacağıq”.

Rәcәb Tayyib Әrdoğanın sözlərinə görə,  Antalyanın Manavqat, Akseki, Alanya, Gündoğmuş və Qazipaşa qəsəbələri, Muğlanın Marmaris, Bodrum, Milas, Göyçegiz və Seydikəmər qəsəbələri, Mersinin Aydıncık və Silifke qəsəbələri, Osmaniyyənin Mərkəz və Kadirli qəsəbələri ilə  Adananın Aladağ, İmamoğlu, Karaisalı, Kozan qəsəbələrini təbii fəlakət bölgələri elan olunub.

 



Әlaqәli Xәbәrlәr