Türkiyə və Tunis XİN rəhbərləri arasında telefon danışığı olub

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Tunis xarici işlər naziri Osman əl-Celendi arasında telefon danışığı olub.

1681231
Türkiyə və Tunis XİN rəhbərləri arasında telefon danışığı olub

 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Tunis xarici işlər naziri Osman əl-Celendi arasında telefon danışığı olub. 

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata əsasən, Mövlud Çavuşoğlu söhbət zamanı Türkiyənin Tunisin sabitliyinə verdiyi əhəmiyyəti və Tunis xalqına olan dəstəyini vurğulayıb. 

Xatırladaq ki, iyulun 25-də Tunis Məclisində təmsil olunan bütün siyasi partiyalara qarşı etiraz aksiyaları keçirilmişdi. Baş verən hadisələr zamanı Nahda Hərəkatı başda olmaqla siyasi partiyaların mərkəzi qərargahlarına hücumlar edilmişdi. 

Yaşanan olaylardan sonra Tunis prezidenti Kays Said Məclisin bütün faləiyyətlərini dayandırdığını və Baş naziri vəzifədən kənarlaşdırdığını açıqlamışdı. 



Әlaqәli Xәbәrlәr