Hulusi Akar: “Üç-beş köhnə təyyarə ilə güc balansı dəyişdirilə bilməz”

Milli Müdafiə Naziri Hulusi Akar, Yunanistanın Fransadan aldığı üç-beş istifadə edilmiş təyyarə ilə güc balansını dəyişdirməyin mümkün olmadığını bildirib.

1680851
Hulusi Akar: “Üç-beş köhnə təyyarə ilə güc balansı dəyişdirilə bilməz”

Hulusi Akar dünən 2-ci Ordu Komanda Sahəsində tədqiqat aparıb. Həmin çərçivədə əməliyyat mərkəzinə baş çəkib. Onu Baş qərargah rəisi general Yaşar Gülər ​​və Quru Qoşunları Komandanı general Ümit Dündar müşayiət edib.

Akar buradakı açıqlamalarında Yunanistanın Fransadan aldığı 18 Rafale təyyarəsi və Yunanistan səlahiyyətlilərinin son bəyanatlarına toxunub. Aralıq dənizi və Kiprdə hüquq və mənfəətlərin qorunması üçün vəzifələrini qətiyyətlə davam etdirəcəklərini qeyd edib. Türkiyənin razılaşmalar çərçivəsində sülh, əmin-amanlıq və dialoq yolu ilə problemlərə siyasi həll yolları tapmağın tərəfdarı olduğunu hər fürsətdə Yunanıstana bildirdiklərinə diqqət çəkib. Yunanıstanın isə təhrikedici və təcavüzkar ifadələrdən əl çəkmədiyini vurğulayıb.

Türkiyənin qanun, dialoq və mehriban qonşuluq münasibətlərin tərəfdarı olduğunu tekrar edən nazir Akar: “Bir tərəfdə Lozanna, digər tərəfdə Paris razılaşmaları var. Qonşumuz Yunanıstan bunlara belə biganə qalmağa səy edir. Bunu qəbul etmək olmaz. Müqavilələrlə hərbi olmayan statusa sahib adalar mövcuddur. Tərəflər bu razılaşmalara görə adalarda silah yerləşdirmə hüququna sahib deyillər. Türkiyənin Yunanıstana qarşı təcavüzkar münasibətinin olmadığını hər kəs bilir. Baxmayaraq bu ölkə silah yarışından əl çəkmir. Təyyarələr, silahlar və texnika satın almayağa davam edir. Üç-beş istifadə edilmiş təyyarə ilə güc balansını dəyişdirməyi planlaşdırır. Lakin bunun mümkün olmayacağı aşkardır. Yunanıstan problemlərin həlli üçün lazımlı addımları atmalıdır. Bunu gözləyirik”-deyə Akar vurğulayıb.



Әlaqәli Xәbәrlәr