Türkiyənin siyasi liderlərindən Tunisə sərt reaksiya

Türkiyə Böyük Millət Məclisinin (TBMM) rəhbəri Mustafa Şəntop, Tunisdə seçilmiş parlamentin və millət vəkillərinin vəzifələrini icra etmələrinin qarşısını alan qərarların konstitusiya rejiminə qarşı çevriliş olduğunu vurğulayıb.

1680230
Türkiyənin siyasi liderlərindən Tunisə sərt reaksiya
numan kurtulmus.jpg
omer celik.jpg
ibrahim kalin.jpg

Mustafa Şəntop sosial media hesabında Tunis Prezidenti Kais Saidin parlamentin fəaliyyətlərinin dayandırılması və Baş Nazirin vəzifədən azad edilmisinə dair qərarı ilə əlaqəli açıqlama verib. Şəntop: “Tunisdə cərəyan edən proseslər narahatlıq doğurur. Seçilmiş parlamentin və deputatların vəzifələrini icra etmələrinin qarşısını alan qərarlar konstitusiya rejimi ilə üst-üstə gəlmir. Hərbi və bürokratik çevriliş harda olarsa olsun, qanunsuzdur. Tunisdə də eləcə. Tunis xalqının konstitusiya rejimini və qanunları qoruyacağına inamım tamdır”.

Prezidentin sözçüsü İbrahim Kalın da sosial media hesabında mövzu ilə əlaqəli açıqlama verib. O: “Dost və qardaş Tunisdə demokratik prosesin dayandırılması və xalqın demokratik iradəsinə məhəl qoyulmaması qəbul ediləməzdir Konstitusiyaya zidd və legitim olmayan təşəbbüsləri qınayırıq və Tunis demokratiyasının bu prosesdən daha da güclənərək çıxacağına inanırıq”.

Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədr müavini Numan Kurtulmuş da səfərdə olduğu Azərbaycanda jurnalistlərə verdiyi açıqlamasında Türkiyə Respublikasının çevrilişlərə qarşı olduğuna diqqət çəkib. Tunisdəki cəhdin Tunis xalqına zərər verəcəyini müşahidə etdiklərini ifadə edən Kurtulmuş, Türkiyənin həmişə belə antidemokratik fəaliyyətlərin qarşısında olduğunu vurğulayıb.

Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sözçüsü Ömər Çelik də sosial media hesabından paylaşdığı açıqlamada Tunisdəki hadisələri “siyasi legitimlik üçün çevriliş”olaraq xarakterizə edib və Türkiyənin Tunis demokratiyasını dəstəkləməyə davam edəcəyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr