"Fərat qalxanı" əməliyyatı bölgəsində iki əsgər şəhid olub

Suriyanın Əl-Bab bölgəsində bölücü terror təşkilatı PKK/YPG üzvü terrorçuların hücumu nəticəsində 2 əsgər şəhid olub, 2 əsgər isə yaralanıb.

1679634
"Fərat qalxanı" əməliyyatı bölgəsində iki əsgər şəhid olub

Suriyanın Əl-Bab bölgəsində bölücü terror təşkilatı PKK/YPG üzvü terrorçuların hücumu nəticəsində 2 əsgər şəhid olub, 2 əsgər isə yaralanıb.

Milli Müdafiə Nazirliyinin (MSB) hücumla əlaqədar verdiyi açıqlamada bildirilib ki, "Fərat qalxanı" əməliyyatı bölgəsində zirehli hərbi avtomobilə terrorçuların hücumu nəticəsində iki qəhrəman əsgərimiz şəhid oldu, ikisi isə yaralandı. Hücumdan sonra bölgədəki terror hədəfləri müəyyən edilərək dərhal atəşə tutuldu və təsirli şəkildə vuruldu.

Qeyd edək ki, "Fərat qalxanı" əməliyyatı bölgəsi Türkiyə Silahlı Qüvvələrinin 2016-cı ilin avqustu - 2017-ci il mart aylarında həyata keçirdiyi əməliyyatla terrordan təmizlənib.

Nazirliyin başqa bir açıqlamasında isə, ""Fərat qalxanı" əməliyyatı bölgəsindəki 2 qəhrəman əsgərimizi şəhid edən terrorçulara eyni şəkildə cavab verildi, təsirli atışlər nəticəsində terrorçuların mövqeləri məhv edildi və ilk məlamatlara görə ən az 7 terrorçu zərərsizləşdirildi" ifadələri yer alıb.

Şəhidlərin qanının yerdə qalmadığı ifadə edilən açıqlamada bölgədə əməliyyat və atışların davam etdiyi bildirilib.



Әlaqәli Xәbәrlәr