Mustafa Şentopla bir sıra ölkələrin parlament sədrləri arasında telefon danışığı olub

Mustafa Şentop Qurban bayramı münasibətilə 8 ölkənin parlament və senat başçıları ilə telefonla danışaraq, həmkarlarını bayram münasibətilə təbrik edib.

1678871
Mustafa Şentopla bir sıra ölkələrin parlament sədrləri arasında telefon danışığı olub

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Qurban bayramı münasibətilə 8 ölkənin parlament və senat başçıları ilə telefonla danışaraq, həmkarlarını bayram münasibətilə təbrik edib.

Türkiyə Böyük Millət Məclisi Başçılığının verdiyi açıqlamaya görə, Şentop Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Əlcəzair Milli Şurasının (Senat) başçısı Salah Gudjil, Əlcəzair Xalq Məlclisinin rəlhbəri İbrahim Buğali, İndoneziya Xalq Məşvərət Məclisinin sədri Bambanq Soesatyo, Qırğızıstan Parlamentinin başçısı Talant Mamitov, Liviya Dövlət Ali Şurasının sədri Xalid əl-Mişri, Malayziya Parlamentinin sədri Azhar Azizan Harun və İraq Nümayəndələr Palatasının sədri Məhəmməd əl-Halbusi ilə telefonla danışıb..

Telefon söhbətlərində bayram münasibətilə təbriklə yanaşı ikitərəfli münasibətlər və bölgə ilə əlaqəli mövzularda fikir mübadiləsi aparan Şentop dost ölkələrə Türkiyənin dəstəyini çatdırıb.



Әlaqәli Xәbәrlәr