Prezident Rəcəb Tayyib Ərdoğanın Türkiyə xalqına Bayram təbriki

Prezident Rəcəb Tayyib Ərdoğan bütün vətəndaşları yeni növ koronaviru (Kovid-19) əliyhinə peyvənd vurulmağa çağırıb.

1677385
Prezident Rəcəb Tayyib Ərdoğanın Türkiyə xalqına Bayram təbriki

Prezident Ərdoğan Qurban Bayramı münasibətilə yayımladığı mesajında bu il ​​ epidemiyanı böyük ölçüdə nəzarət altına alan və normallaşma addımlarını atan bir ölkə olan Türkiyidə tətilə mövsümünə daha yaxşı şəraitdə başlandığını söyləyib. Türkiyənin vaksinasiya baxımından dünya ölkələri ilə müqayisədə çox yaxşı səviyyədə olduğunu və peyvənd tədarükündə heç bir problemin yaşanmadığını ifadə edən prezident Ərdoğan, cari ilin sonuna dək yerli peyvəndin də istifadəyə hazır olacağını bildirib və bütün vətəndaşların (18 yaşdan yuxarı) peyvənd vurulmalarını məsləhət gördüyünü, hadisələrin və ölümlərin azalmasına töhfə verəcək yeganə yolun Vaksinasiyadan keçdiyini, Türkiyə Respublikasının bütün imkanlarının 84 milyon vətəndaşın ixtiyarında olduğunu qeyd edib. Türkiyənin bölgəsində və dünyada artan gücünün bəxş etdiyi güvən, sabitlik, sülh və ümid ilə hədəfləri istiqamətində əzmlə irəlilədiyini vurğulayıb. Bütün vətəndaşların Qurban Bayramını təbrik edib.



Әlaqәli Xәbәrlәr