R.T. Әrdoğan Nazirlәr Kabinetinin iclasından sonra әhәmiyyәtli bәyanatlar verib

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Nazirlәr Kabinetinin iclasından sonra tәşkil edilәn mәtbuat konfransında  әhәmiyyәtli bәyanatlar verib.

1674244

Çıxışında yeni növ koronavirusa qarşı aparılan mübarizәyә toxunan Әrdoğan deyib: ‘‘Vaksinasiya prosesini  sürәtlә davam etdiririk. Tәxminәn 59 milyon adama vaksin tәtbiq olunub’’.

Turizm sektorunun canlandığını, istehsal vә ixracda da bir problemin olmadığını vurğulayan Rәcәb Tayyib Әrdoğan bildirib ki, 2021-ci ildә ixrac hәcmini artıraraq rekorda imza atacağıq.

Rәcәb Tayyib Әrdoğan 2021-ci ildә Türkiyә iqtisadiyyatının dünyanın әn inkişaf edәn iqtisadiyyatlarından biri olduğunu sübut edәcәyini qeyd edib.

Türkiyә prezidenti vurğulayıb ki, gündәmimizdәki layihәlәri hәyata keçirdiyimizdә böyük vә güclü Türkiyәni inşa etmiş olacağıq.

Әrdoğan iyulun 20-dә Sülh vә Azadlıq bayramı münasibәtilә Şimali Kıbrıs Türk Cümhuriyyәtinә sәfәr edәcәyini dә vurğulayıb.

Әlaqәli Xәbәrlәr