Fələstin dövlət başçısı Türkiyədir

Fələstin dövlət başçısı Mahmud Abbas Türkiyə görüşlərini iyulun 11-də də davam etdirəcək

1673293
Fələstin dövlət başçısı Türkiyədir

 

  Fələstin dövlət başçısı Mahmud Abbas prezident Rəcəb Tayyib Ərdoğanın dəvətilə Türkiyədədir.

  R.T.Ərdoğanla M.Abbas 10 iyulda İstanbulda Vəhdətdin Köşkündə bir araya gəlib. Təkbətək və heyətlərarası görüşlərdə Türkiyə ilə Fələstin əlaqələrini gücləndirəcək addımlar və regiondakı proseslər müzakirə olunub.

  Ərdoğan Türkiyənin İsrailin Fələstindəki zülmlərinə səssiz qalmadıqlarını və qalmayacaqlarını vurğulayaraq İsrailin işğal və ilhaq siyasəti davam etdikcə bölgədə qalıcı barış və sabitliyin təsisinin mümkün ola bilməyəcəyini söyləyib. Fələstinin daxili uzlaşma müddətini də dəstəklədiklərini bildiriən Ərdoğan ikitərəfli əlaqələrin iqtisadiyyat və ticarətdən mədəniyyət, təhsil və turizmə qədər hər sahədə müsbət gedişindən məmnunluq duyduğunu nəzərə çatdırıb.

  Vəhdətdin Köşkündə dövlət başçılarının təkbətək görüşü 1 saat 15 dəqiqə, heyətlərarası görüş isə 1 saat 10 dəqiqə sürüb.

  Fələstin dövlət başçısı Mahmud Abbas Türkiyə görüşlərini iyulun 11-də də davam etdirəcək.



Әlaqәli Xәbәrlәr