Bodrumda lüks meqa yaxtalar

Türkiyənin Muğla rayonunun turistik qəsəbələrindən olan Bodruma meqa yaxtalar gəlməyə başlayır

1673305
Bodrumda lüks meqa yaxtalar

 

  Türkiyənin Muğla rayonunun turistik qəsəbələrindən olan Bodruma meqa yaxtalar gəlməyə başlayır.

  Hər il iş, sənət, idman və siyasət aləmindən tanınmış adamların tətil üçün seçdiyi Bodrum liman xidmətləri və texniki imkanlarıyla meqa yaxtalara ev sahibliyi edir.

  Dünya zənginlərinin yaxtalarının sıralandığı Bodruma gələn bu il ilk yaxta 99 metrlik "Madame Gu"dur. Bodrum Sərnişin Limanı körpüsünə yanaşdırılan və üzərində vertolyot da olan yaxta 90 min litr yanacaq sərf edib.

  Müxtəlif boy və xüsusiyyətlərdə olan yaxtaların olduğu Bodrumun Torba körfəzində isə 73 metr uzunluğundakı "Plan B" yaxta nəzəri çəkir.

  İstanbul, Mərmərə, Egey, Aralıq, Qara Dəniz Bölgələri (İMEAK) Dəniz Ticarət Palatası (DTO) Bodrum şöbəsinin rəhbəri Orxan Dinç meqa yaxtaların ölkə turizmi baxımından əhəmiyyətli olduğunu söyləyərək deyib: “Yaxtalara lazım olduğunda texniki xidmət göstərilir. Bodrumda lüks yaxtalar çoxdu. Çünki qəsəbədə bununla əlaqədar güclü infrastruktur var. Texniki baxımdan meydana gələ biləcək hər hansı problemi Bodrumun yaxta emalı sektoru qarşılayır. Bu mövsüm bölgəyə gələcək meqa yaxtaların sayının artmasını gözləyirik."



Әlaqәli Xәbәrlәr