"Ölkəmiz müdafiə sənayesi sahəsindəki sərmayə qoyuluşlarını davam etdirəcək", R.T. Ərdoğan

Prezident Ərdoğan "Ölkəmizi müdafiə sənayesində xaricə olan asılılıqdan tamamilə qurtaranadək investisiyalarımızı artırmağa davam edəcəyik" deyib.

1672361
"Ölkəmiz müdafiə sənayesi sahəsindəki sərmayə qoyuluşlarını davam etdirəcək", R.T. Ərdoğan

"Ölkəmizi müdafiə sənayesində xaricə olan asılılıqdan tamamilə qurtaranadək investisiyalarımızı artırmağa davam edəcəyik".

Prezident Rəcəb Tayyib Ərdoğan bunu Kayseridəki A400M Fasbat Təyyarə İşləri üzrə obyektin açılışı və bununla bağlı sertifikatın təqdimatı mərasiminə qatıldığı canlı bağlantıda deyib.

Ərdoğan sərmayə qoyuluşlarının Türkiyənin müdafiə sənayesində xaricə olan asılılıqdan tamamilə azad olana qədər davam edəcəyini söyləyib.

"Terrorla 40 ilə yaxın davam edən mübarizə müddətində müttəfiqlik ruhuna uyğun olmayan bir çox hadisə ilə qarşılaşdıq. Terrorla mübarizə zamanı tək qaldıq. Sözdə dostlarımız bizi zəiflətmək üçün əllərindən gələni etdilər" deyə bildirən dövlət başçısı "Ölkəmiz tələb etdiyi zaman müxtəlif bəhanələr irəli sürürərək gətirilən silahlar DEAŞ ilə mübarizə adı altında Suriyadakı terrorçulara minlərlə yük maşını və təyyarələrlə çatdırıldı" ifadələrindən istifadə edib. 

Türk şirkətlərinin müdafiə sənayesində böyük uğurlar qazandığını söyləyən dövlət başçısı "Biz dünyanın ilk 3-4 ölkəsi sırasındayıq. Bu gün lokalizasiya və milliləşdirmə çərçivəsində imzaladığımız sazişlərlə ölkəmizin hədəflərinə daha qısa müddətdə çatacağıq" deyib.



Әlaqәli Xәbәrlәr