“Türkiyə son bir əsrdə ən güclü gedişini reallaşdırır", R.T.Ərdoğan

Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədri və ölkə başçısı R.T.Ərdoğan partiyanın ümumi mərkəzində təşkil edilən AK Partiya Genişlədilmiş Rayon Başçıları Toplantısında çıxış edərək deyib...

1672097
“Türkiyə son bir əsrdə ən güclü gedişini reallaşdırır", R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan önümüzdəki dövrdə yeni tip koronavirus (Covid-19) epidemiyasının qlobal səviyyədəki seyrinə, iqtisadiyyatdakı inkişafa və digər vəziyyətə baxaraq xalq üçün əlavə dəstək addımları ata biləcəklərini söylədi.

  Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədri və ölkə başçısı R.T.Ərdoğan partiyanın ümumi mərkəzində təşkil edilən AK Partiya Genişlədilmiş Rayon Başçıları Toplantısında çıxış edərək deyib: "İnkişaf etmiş ölkələr belə epidemiya dövründə tərəddüd edərkən biz doğru, qərarlı, sürətli, təsirli sağlıq, qida və ictimai təhlükəsizlik sistemimizlə hər kəsdən fərqləndik. İqtisadiyyatda sərmayə, istehsal, məşğulluq, ixracat və təşviq siyasətləriylə hər kəsdən daha irəliyə getdik. Önümüzdəki dövrdə epidemiyanın qlobal səviyyədəki seyrinə, iqtisadiyyatdakı inkişafa və digər vəziyyətə baxaraq millətimiz üçün əlavə dəstək addımları ata bilərik. Türkiyə regional və qlobal liderlik mövqeyilə son bir əsrdəki ən güclü gedişini reallaşdırır."



Әlaqәli Xәbәrlәr