Səhiyyə naziri Koca vaksinasiya ilə bağlı məlumat yayıb
Türkiyədə son 10 gündə yeni növ koronavirus (Kovid-19) əleyhinə 8 milyon doza peyvənd vurulub.
1672080
Səhiyyə naziri Fahrettin Koca, sosial media hesabında vaksinasiya fəaliyyətlərinə dair açıqlama verib. Qeyd edib ki, son 10 gündə 8 milyon doza peyvənd vurulub. Bunun 4 milyon 330 dozası son 10 gün ərzində peyvənd olma qərarına gələnlərə tətbiq edilib. Nazir vaxtında peyvənd olunmağın əhəmiyyətinə diqqət çəkib və vaxt itirməzdən peyvənd olmaq ictimaiyyətdə riski azaldacaq deyib.
Әlaqәli Xәbәrlәr
Türkiyədə İbrahim Rəisinin ölümü ilə əlaqədar birgünlük matəm elan edilib
Prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlamalar verib.