“Bu mövzuda Aİ yeni bir təhlükə ilə qarşılaşa bilər”, F.Oqtay

Paytaxt Ankarada təşkil edilən Avropa İttifaqının Türkiyədəki Sığınmaçılar üçün Maliyyə Yardımı Proqramı çərçivəsində İlbank və Yerli Rəhbərliklərlə Maliyyə Razılaşması imza mərasimində iştirak edən F.Oqtay deyib...

1671062
“Bu mövzuda Aİ yeni bir təhlükə ilə qarşılaşa bilər”, F.Oqtay

 

  Türkiyənin vitse-prezidenti Fuad Oqtay "Arzumuz Avropa İttifaqının suriyalılar üçün qanuni köç yollarını açması, könüllü insan qəbul mexanizmini konkret qaydalarla aktivləşdirməsi və yenidən yerləşmə kotalarını artırmasıdır" dedi.

  Paytaxt Ankarada təşkil edilən Avropa İttifaqının Türkiyədəki Sığınmaçılar üçün Maliyyə Yardımı Proqramı çərçivəsində İlbank və Yerli Rəhbərliklərlə Maliyyə Razılaşması imza mərasimində iştirak edən F.Oqtay deyib: "Arzumuz Avropa İttifaqının ədalətli yük və məsuliyyət paylaşması çərçivəsində suriyalılar üçün qanuni köç yollarını açması, könüllü insan qəbul mexanizmini konkret qaydalarla aktivləşdirməsi və yenidən yerləşmə kotalarını artırmasıdır. Yəni bir tərəfdən Türkiyəyə hər cür qaçqın, mühacir girsin, digər tərəfdən əsla çıxmasın siyasətinin davam etdirilməsi insanlıqdan deyil.

  Mən beynəlxalq cəmiyyəti yaxınlaşan təhlükə ilə bağlı xəbərdarlıq etmək istəyirəm. Əgər doğru bir düstur çıxara bilməzsək, Əfqanıstandan yeni bir köç təhlükəsi Aİ başda olmaqla, bütün ölkələri təhdid edəcək”.



Әlaqәli Xәbәrlәr