Türkiyədə "Covid-19"la bağlı son vəziyyət (30 iyun)

Bununla epidemiya başlanandan bu yana həyatını itirənlərin sayı 49.732 olub

1667674
Türkiyədə "Covid-19"la bağlı son vəziyyət (30 iyun)

Türkiyədə yeni tip koronavirusdan (Covid-19) iyunun 30-da 45 nəfər dünyasını dəyişib. Bununla epidemiya başlanandan bu yana həyatını itirənlərin sayı 49.732 olub.

Bir gündə 228 min 163 test edilərək 522 yeni xəstə müəyyən edilib. Gündəlik yoluxma sayı 5946-dır.

Müalicəsi tamamlanan 7191 nəfərlə yaxşılaşanların sayı 5 milyon 294 min 285-ə yüksəlib.  

Digər tərəfdən, səhiyyə naziri Fəxrəddin Koca Elmi Komitənin yığıncağından sonra verdiyi açıqlamada "2 doza vaksin qəbul etmix 50 yaş və yuxarı yaşı olan vətəndaşlarımızla tibb işçiləri sabahdan etibarən  istədikləri vaksin ilə 3-cü doza peyvənd olmaq üzrə vaxt ala biləcək" deyib. 

 

 



Әlaqәli Xәbәrlәr