Milli Kəşfiyyat Təşkilatının (MİT) əməliyyatında PKK-nın iki üzvü zərərsizləşdirilib

İraqın şimalındakı Süleymaniyyə şəhərində həyata keçirilən əməliyyatda bölücü terror təşkilatı PKK üzvü Mahiye Açık və Suriya vətəndaşı Roha Raci zərərsizləşdirilib.

1667396
Milli Kəşfiyyat Təşkilatının (MİT) əməliyyatında PKK-nın iki üzvü zərərsizləşdirilib

Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən İraqın şimalındakı Süleymaniyyə şəhərində həyata keçirilən əməliyyatda bölücü terror təşkilatı PKK üzvü Mahiye Açık və Suriya vətəndaşı Roha Raci zərərsizləşdirilib.

MİT tərəfindən PKK/KCK kadrlarının Qəndilin cənubu və Süleymaniyyəyə sözdə idarəçi səviyyəsində terrorçuları göndərməyə cəhd etdikləri aşkarlanıb.

Təşkilat tərəfindən Asos dağı və ətrafında, bölgədə kəşfiyyat məqsədli fəaliyyətlər aparmaq və bölgədəki insanlarla əməkdaşlığı gücləndirmək üçün hücrələr yaratdıqları müəyyən edilib. 

Təşkilatın sözdə liderlərini Qəndil, Qara və Metina kimi münaqişə bölgələrindən çıxartmaq üçün təhlükəsiz yollar və sığınacaq tapmaq istiqamətində fəaliyyətləri təqib edilib. 

Təşkilatın yüksək səviyyəli idarəçilərinin əməliyyat bölgələrindən qaçırılaraq yerli xalqın yaşadıqları ərazilərə köçürülməsinin qarşısını almaq məqsədilə MİT tərəfindən təşkil edilən əməliyyatda 2014-cü ildə təşkilata qoşulan Ada İmralı kod adlı Mahiye Açık və 2015-ci ildə təşkilata qoşulan Ekin Rojava kod adlı Roha Raci Süleymaniyənin Şerbazar qəsəbəsində zərərsizləşdirilib.



Әlaqәli Xәbәrlәr