Mustafa Şentop ilə Rüstem Minnixanov TBMM-də bir araya gəliblər

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstem Minnixanov ilə bir araya gəlib.

1664363
Mustafa Şentop ilə Rüstem Minnixanov TBMM-də bir araya gəliblər

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstem Minnixanov ilə bir araya gəlib.

Şentop Məclisdə baş tutan görüşdə etdiyi çıxışında Türkiyə ilə Tatarıstan arasındakı köklü, tarixi, mədəni, insani və iqtisadi əlaqələrin Rusiya Federasiyası ilə mövcud əlaqələrə güc və müxtəliflik qatan vacib amillər olduğuna diqqət çəkib.

Şentop "Tatarıstanın sülhü, firavanlığı və sabitliyi üçün birlikdə çalışmaqdan məmnunuq" deyib.

Şentop 11 mayda Kazandaki bir məktəbə edilən silahlı hücumda şagird və müəllimlərin həyatını itirdiyini və yaralandığını kədərlə təqib etdiyini bildirib və Tatarıstan xalqına başsağlığı və yaralılara şəfa diləyib.

"Türkiyə ilə və qardaş türk xalqı ilə yüksək səviyyəli münasibətlərimizdən məmnunuq" deyə bildirən Minnixanov da Rusiya Federasiyası ilə Türkiyə arasında köklü təmasların və əməkdaşlığın inkişafına yönəlmiş Tatarıstan-Türkiyə münasibətlərinin də inkişafının onları xoşbəxt etdiyini vurğulayıb.

Parlamentlərarası əlaqələrin artırılmasının vacibliyinə işarə edən Minnixanov Tatarıstan Respublikası Dövlət Şurasının yaxın zamanda Türkiyəyə səfər edəcəyini və TBMM-nin nümayəndə heyətini Tatarıstanda qəbul etməkdən məmnun olacaqlarını qeyd edib.



Әlaqәli Xәbәrlәr