Mustafa Şentop: "Hədəfimiz regional əməkdaşlıq və dialoqu gücləndirməkdir"

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop bölgə iqtisadiyyatının əsasını təşkil edən sektorlardan birinin turizm olduğunu bildirib.

1662715
Mustafa Şentop: "Hədəfimiz regional əməkdaşlıq və dialoqu gücləndirməkdir"

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Antaliyanın Belek Turizm Mərkəzindəki bir oteldə təşkil edilən Cənub-Şərqi Avropa Əməkdaşlıq Prosesi Parlament Assambleyasının (SEECP PA) 8-ci ümumi iclasının açılış hissəsində çıxış edib.
O deyib ki, bölgə iqtisadiyyatının əsasını təşkil edən sektorlardan biri olan turizm sahəsində məlumat və təcrübə mübadiləsi hər zamankindən daha vacibdir. Regional əməkdaşlığı və dialoqu gücləndirməyi hədəfləyirik. Bölgə Parlamentləri olaraq yaxşı qonşuluq əlaqələri çərçivəsində ən həssas dövrlərdə belə bir dialoq mühiti yaradan bu əməkdaşlıq prosesinin parlament ölçüsündə də eyni anlayışla və məsuliyyətlə hərəkət edirik.

Sədrlik müddətinin prioritetlərini müəyyənləşdirərkən Cənub-Şərqi Avropa Əməkdaşlıq Prosesinin əsas prinsipləri olan "əhatə etmə" və "regional mülkiyyət" prinsiplərinə əsaslandıqlarını qeyd edən mustafa Şentop xüsusi əməkdaşlıq mexanizmlərinin inkişafına diqqət yetirdiklərini bildirib.

"Məqsədimiz bölgəmizdə sabitlik, inam və əməkdaşlığı inkişaf etdirərək sülh, firavanlıq və dostluq münasibətləri ilə xatırlanmasını hədəflədiyimiz Cənub-Şərqi Avropanı gələcəyə güclü şəkildə qovuşdurmaqdır" deyə Şentop qeyd edib.



Әlaqәli Xәbәrlәr