“Bayraktar TB2” Polşa və NATO-nun hərbi həcmini artıracaq”, Z.Rau

Antaliya Diplomatiya Forumunda iştirakı zamanı Anadolu agentliyinə müsahibəsində Z.Rau deyib

1661304
“Bayraktar TB2” Polşa və NATO-nun hərbi həcmini artıracaq”, Z.Rau

 

  Polşanın xarici işlər naziri Zbiqnev Rau Türkiyənin pilotsuz uçan aparatı (İHA) “Bayraktar TB-2”nin Polşa və NATO-nun hərbi həcmini artıracağını söylədi.

  Antaliya Diplomatiya Forumunda iştirakı zamanı Anadolu agentliyinə müsahibəsində Z.Rau deyib: ”Polşanın NATO üzvlüyünə Türkiyə dəstək olur, Türkiyənin də Avropa İttifaqına üzvlüyünə Polşa. İkitərəfli siyasi əlaqələri inkişaf etdiririk.

  Türkiyə regional məzmunda Polşanın NATO-dakı strateji ortağıdır.

  Ölkələrimiz arasındakı əməkdaşlıq qlobal təhlükəsizliyə xidmət edir.

  Polşanın Türkiyədən aldığı 24 “Bayraktar TB2” pilotsiz uçan aparatı müharibədə təsdiq olunan, inkişaf etmiş texnologiya məhsuludur. Bu PUA-ların Polşa ordusu və NATO-nun Şərq qanadının həcmini artıracağına inanıram.

  Müdafiə sənayesi sahəsindəki bu əməkdaşlıq siyasi əməkdaşlığın bir göstəricisidir. Ümid edirəm ki, bu əməkdaşlıq Aİ-NATO əlaqələrinin təhlükəsizlik və müdafiə sahəsində inkişafına da qatqı təmin edər.

  Polşa Qərbi Balkan ölkələri və Türkiyənin Avropa İttifaqına tam üzvlüyünün Avropada sabitlik və rifaha xidmət edəcəyinə inanır.

  Aİ və Türkiyənin etibarlı partnyorlar kimi bir-birlərinə ehtiyacları var”.



Әlaqәli Xәbәrlәr