Rusiya heyəti Türkiyədəki tətil bölgəsini araşdırmağa gəldi

Türkiyə Turizm Təqdimat və İnkişafetdirmə Agentliyindən (TGA) verilən məlumata görə

1660184
Rusiya heyəti Türkiyədəki tətil bölgəsini araşdırmağa gəldi

 

  Rusiya Federasiyasından Türkiyədəki tətil bölgələrində gigiyenik və epidemiyolojik vəziyyəti yerində araşdırmaq məqsədiylə göndərilən heyət Antaliyada işlərinə başladı.

  Türkiyə Turizm Təqdimat və İnkişafetdirmə Agentliyindən (TGA) verilən məlumata görə, heyətin hazırlayacağı hesabat Rusiya ilə Türkiyə arasındakı turizm uçuşlarının başladılması qərarında təsirli olacaq.

  17 iyun səhəri Antaliyaya çatan və ilk araşdırmalarını Antaliya Havalımanı ilə iki oteldə edən heyət Antaliyada Etibarlı Turizm Sertifikatı almış istirahət mərkəzlərinə baş çəkəcək, sektor nümayəndələri və ictimaiyyətlə görüşüb məlumat əldə edəcəklər.

  Heyət hesabatının bu həftə açıqlanması gözlənilir.



Әlaqәli Xәbәrlәr