“Ağaclandırmada Türkiyə Avropada birincidir”, B.Pakdemirli

Paytaxt Ankarada Kənd Təsərrüfatı Müəssisələri Baş İdarəsinin konfrans salonunda 17 İyun Dünya Səhra və Quraqlıqla Mübarizə Günü münasibətilə təşkil edilən tədbirdə iştirak və çıxış edən B.Pakdemirli deyib

1660223
“Ağaclandırmada Türkiyə Avropada birincidir”, B.Pakdemirli

 

  Kənd Təsərrüfatı və Meşə naziri Bəkir Pakdemirli ağaclandırmada Türkiyənin Avropada birinci olduğunu söylədi.

  Paytaxt Ankarada Kənd Təsərrüfatı Müəssisələri Baş İdarəsinin konfrans salonunda 17 İyun Dünya Səhra və Quraqlıqla Mübarizə Günü münasibətilə təşkil edilən tədbirdə iştirak və çıxış edən B.Pakdemirli deyib: “Səhralaşma, çölləşmə və eroziya ilə mübarizədə ağaclandırmanın əhəmiyyəti böyükdür. “Bu günlərimizin yaşılı sabahlarımızın gələcəyidir” deyərək son 19 ildə 5,4 milyon hektar sahədə 5,3 milyard şitil əkdik. Ağaclandırmada Avropada birinci, dünyada isə 4-cü sıradayıq.

  Meşə varlığımızı 2,1 milyon hektar artıraraq 22,9 milyon hektara çıxarmışıq. Dünya meşə varlığı sıralamasında 2015-ci ildə 46-cı olan ölkəmizi 2020-ci ildə 27-ci yerə yüksəltdik. 2023-cü il hədəfimiz meşə varlığımızı ölkə səthinin 30 faizinə qədər gətirib-çıxarmaqdır."



Әlaqәli Xәbәrlәr