Son iki ay ərzində 48 terrorçu zərərsizləşdirilib

Bahar-yaz əməliyyatları çərçivəsində son iki ayda 48 terrorçu zərərsizləşdirilib.

1659231
Son iki ay ərzində 48 terrorçu zərərsizləşdirilib

Bahar-yaz əməliyyatları çərçivəsində son iki ayda 48 terrorçu zərərsizləşdirilib.
Onlardan 2-si qırmızı, 4-ü narıncı, biri yaşıl, 9-u boz kateqoriyadadır.

Daxili İşlər Nazirliyinin məlumatına görə, bölücü terror təşkilatını ölkənin gündəliyindən çıxarmaq və bölgədə olduğu ehtimal olunan terrorçuları zərərsizləşdirmək üçün bütün sığınacaqlarına girməcək şəkildə 15 apreldə başlayan bahar-yaz əməliyyatlarının 1 oktyabr tarixinə qədər davam edəcəyi xatırladılıb. 

Jandarma komandoları, jandarma xüsusi və polis xüsusi təyinatlıları və mühafizəçilərinin iştirak etdiyi əməliyyatlarda 1 oktyabr tarixinə qədər 9, min 630 əməliyyatın həyata keçirilməsi planlaşdırılıb.

Bu əməliyyatların indiyədək 39 faizi həyata keçirilib.

Əməliyyatlar çərçivəsində son iki ayda 2-si qırmızı, 4-ü narıncı, biri yaşıl, 9-u boz kateqoriyada olmaqla 48 terrorçu zərərsizləşdirilib.



Әlaqәli Xәbәrlәr