MİT DEAŞ-ın Türkiyə üzrə sözdə "məsul şəxsi"ni yaxalayıb

Türkiyə Milli Təhlükəsizlik Təşkilatının (MİT) terror təşkilatı DEAŞ-ın dırnaqarası "Türkiyə vilayət üzrə məsul şəxsi" Kasım Güleri saxlayaraq Türkiyəyə gətirib.

1658308
MİT DEAŞ-ın Türkiyə üzrə sözdə "məsul şəxsi"ni yaxalayıb

Türkiyə Milli Təhlükəsizlik Təşkilatının (MİT) terror təşkilatı DEAŞ-ın dırnaqarası "Türkiyə vilayət üzrə məsul şəxsi" Kasım Güleri saxlayaraq Türkiyəyə gətirib.

Təhlükəsizlik qaynaqlarından əldə edilən məlumata görə, MİT terrora görə  “qırmızı bülleten”lə axtarışda olan DEAŞ-ın Türkiyə üzrə məsul şəxsi "Ebu Usamə əl Türki" kod adlı Kasım Gülerin Suriyadan Türkiyəyə qanunsuz yollardan keçərək sensasiyalı hücum həyata keçirməyi planlaşdırdığı məlumatı çərçivəsində fəaliyyətə başlayıb.

Təqib edilən Kasım Gülər ​​Suriyada aparılan əməliyyatda yaxalanaraq dindirilmək üçün Türkiyəyə gətirilib.

Gülerin silah və partlayıcı maddələrlə qanunsuz olaraq Türkiyəyə keçməyə hazırlaşdığı müəyyən olunub.

“Qırmızı bülleten”lə axtarışda olan və saxlanılan ilk DEAŞ üzvü olduğu bildirilən Kasım Gülərin ​​üzərində təşkilatın müxtəlif sənəd və məxfi məlumatları da ələ keçirilib.

Gülerin 2008-2010-cu illər arasında Əfqanıstan-Pakistan bölgəsinə keçərək, münaqişə bölgələrində fəaliyyət göstərdiyi və 2014-cü ildə DEAŞ-a qoşulduğu öyrənilib.

Təşkilat içərisində rəhbər vəzifələrdə olduğu bildirilən Kasım Gülərin eyni zamanda DEAŞ-ın Rusiya, Avropa və Türkiyədəki sözdə maliyyə məmuru olduğu da müəyyən edilib.



Әlaqәli Xәbәrlәr