“Türkiyə azad dünyanın müdafiə edilməli bir müttəfiqidir”, R.Zbiqnev

Polşanın “Rzeczpospolita” qəzetinə verdiyi müsahibədə nazir Türkiyənin Avropa və NATO üçün daşıdığı əhəmiyyətinə toxunaraq deyib...

1657858
“Türkiyə azad dünyanın müdafiə edilməli bir müttəfiqidir”, R.Zbiqnev

 

  Polşanın xarici işlər naziri Zbiqnev Rau (Zbigniew Rau) Türkiyənin “azad dünyanın müdafiə edilməli lazımlı bir müttəfiq olduğunu” vurğulayıb.

  Polşanın “Rzeczpospolita” qəzetinə verdiyi müsahibədə nazir Türkiyənin Avropa və NATO üçün daşıdığı əhəmiyyətinə toxunaraq deyib: "NATO və Avropanın Türkiyə kimi müttəfiqə ehtiyacı vardır… Amerika Birləşmiş Ştatlarının prezidenti Co Bayden Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Türkiyə həm ABŞ, həm də Polşa üçün kilid bir müttəfiqdir. Bunun dəlillərindən biri də prezident Baydenin Brüsseldəki NATO sammiti zamanı planlanan Türkiyə başçısı Ərdoğanla olacaq təkbətək görüşüdür. ABŞ ordusu Əfqanıstandan çəkilərkən onun təhlükəsizliyi Türkiyə hərbçiləri tərəfindən qorunur."



Әlaqәli Xәbәrlәr