Fahrəttin Altun: “NATO-nun strateji konsepsiyasını yeniləməlidir”

Prezident administrasiyasının ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fahrəttin Altun, son on ildə regional təhlükəsizlik dinamikasınıan dəyişdiyini indi isə NATO-nun strateji konsepsiyasını yeniləməyin vaxtının gəlib çatdığını bildirib.

1657388
Fahrəttin Altun: “NATO-nun strateji konsepsiyasını yeniləməlidir”

Fahrəttin Altun, qələmə verdiyi məqaləsində bu barədə danışıb. Türkiyənin 1952-ci ildə NATO ittifaqına qoşulduğunu və həmin tarixdən etibarən bunu qərarlı addımlar ilə davam etdirdiyini ifadə edən Altun Türkiyənin ortaq təhlükəsizlik problemlərin həllində öhdəliklirini həmişə qərarlılıqla yerinə yetirdiyini, alyansın Türkiyənin təhlükəsizliyi və yerləşdiyi bölgədə sülhün qorunması baxımından daşınılmaz olduğunu vurğulayıb. Son on ildə regional təhlükəsizlik dinamikasının dəyişdiyini xatırladıb və indi NATO-nun strateji konsepsiyasını yeniləməsinin vaxtının gəlib çatdığını, yeni konsepsiyanın son illərdə sürətlə dəyişən regional və qlobal dinamika ilə Covid-19 epidemiyası arasında milli prioritetləri ittifaqın prioritetləri ilə uzlaşdırma zərurətini doğurduğunu qeyd edib.

 Radikal irqçi terrorizm və İslam əleyhinə hücumlar da daxil olmaqla hər cür terrorizmə qarşı eyni mövqe tutmaq və mübarizə strategiyası barədə razılığa gəlmək əsas prioritetlərdən biri olmalıdır deyib.

Türkiyənin ittifaqın kollektiv təhlükəsizliyini bərpa etmək üçün öhdəliklərini yerinə yetirdiyini və buna davam edəcəyini ifadə edən Altun: “Məsuliyyət bölüşdürülməsi yalnız hərbi büdcələr və NATO-ya dəstəklə məhdudlaşmamalı, eyni zamanda bölgəmizdəki qaçqın böhranı ilə əlaqəli məsələləri də əhatə etməlidir. 4 milyondan çox qaçqına ev sahibliyi edən bir ölkə olaraq müttəfiqlərimizdən bu məsələ ilə əlaqəli öhdəliklmərinə əməl etmələrini istəyirik. Terror və regional qeyri-sabitlik təhdidi ilə üzləşən Türkiyə milli təhlükəsizliyini qoruyacaq güc və qərarlılığa sahibdir. Təəssüflə deməliyəm ki, NATO müttəfiqlərimiz bu mübarizəmizdə arzu edilən dəstəyi göstərməkdə imtina edirlər”.



Әlaqәli Xәbәrlәr