Almaniyada Türkiyə İHA-SİHA-ları haqqında fikirlər

Almaniya ordusuna bağlı Müdafiə Sənayesi və Strateji Araşdırmalar İnstitutunun analiz hesabatında yazılır...

1657086
Almaniyada Türkiyə İHA-SİHA-ları haqqında fikirlər

 

  Almaniyada Türkiyə istehsalı olan silahlı və silahsız pilotsuz uçan aparatlara (İHA-SİHA) təriflər yağmaqda davam edir.

  Almaniya ordusuna bağlı Müdafiə Sənayesi və Strateji Araşdırmalar İnstitutunun analiz hesabatında yazılır: “Türkiyə Amerika Birləşmiş Ştatları, İsrail və Çin ilə bərabər ən mühüm silahlı və silahsız pilotsuz uçan aparatlar inkişaf etdirən istehsalçılar arasında yer aldı. Bu sahədə nəhəng bir sıçrayış edən Türkiyə İHA və SİHA istehsal, istifadə və satış edən qabaqcıl ölkələrdən oldu. Türkiyənin yerli və milli imkanlarla inkişaf etdirdiyi ilk kamikadze mini “Kargu-2” pilotsuz uçan aparatının təkbaşına Liviyada hədəfi yox etməsi də diqqət çəkir. “Kargu-2” hədəfini süni zəka ilə məhv edib. Bu, SİHA-ların düşmənin forma, silah ya döyüş maşınları məlumatları ilə təchiz edilməsi sayəsində mümkündür”.



Әlaqәli Xәbәrlәr