Ərdoğanın NATO Sammitində olacaq görüşləri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 13-də keçiriləcək NATO Sammitində iştirak etmək üçün Belçikanın paytaxtı Brüsselə gedir

1656893
Ərdoğanın NATO Sammitində olacaq görüşləri

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 13-də keçiriləcək NATO Sammitində iştirak etmək üçün Belçikanın paytaxtı Brüsselə gedir.

  R.T.Ərdoğan NATO üzvü olan ölkələrin başçıları - Amerika Birləşmiş Ştatlarının prezidenti Co Bayden (Joe Biden), İngiltərənin baş naziri Boris Conson, Almaniya kansleri Angela Merkel, Yunanıstan baş naziri Kiryakos Miçotakis Litva prezidenti Qitanas Naudesa, Latviya prezidenti Eqils Levits ilə ikitərəfli görüşlər keçirəcək.

  Türkiyə prezidenti fransalı həmkarı Emmanuel Makron və Hollandiyanın baş naziri Mark Rütte ilə də görüşəcək.  

  Ərdoğan-Bayden görüşü isə Co Baydenin ABŞ prezidenti seçilməsindən sonra iki lider arasında ilk görüşü olacaq.

  NATO Zirvə Toplantısında R.T.Ərdoğan və rəhbərlik etdiyi Türkiyə nümayəndə heyəti prioritet məsələlər kimi bölgədəki proseslərlə əlaqədar Türkiyənin suverenlik haqqlarına hörmət edilməsini, təhlükəsizliyinin gözlənilməsini, ölkənin ittifaqda vəzifələrini yerinə yetirən bir dövlət olmasını vurğulayacaq, terrorizmlə mübarizə və humanitar böhranlara təsirli müdaxilə üçün təkliflər təqdim edəcəklər.



Әlaqәli Xәbәrlәr