Türkiyənin simvolik tikililəri Qızıl Aypara Cəmiyyətinin qırmızı rəngilə işıqlandırılıb

Türkiyənin Qızıl Aypara Cəmiyyətinin qurulmasının 153-cü ildönümü münasibətilə Türkiyənin simvolik tikililəri qırmızı rənglə işıqlandırılıb.

1656484
Türkiyənin simvolik tikililəri Qızıl Aypara Cəmiyyətinin qırmızı rəngilə işıqlandırılıb
Alacahoyuk Sfenksli Kapi kirmizi.jpg
galata kulesi kirmizi.jpg
fsm koprusu kirmizi.jpg

Türkiyənin Qızıl Aypara Cəmiyyətinin qurulmasının 153-cü ildönümü münasibətilə Türkiyənin simvolik tikililəri qırmızı rənglə işıqlandırılıb.

Türkiyə Qızıl Aypara Cəmiyyətinin açıqlamasına görə, quruluş ildönümü tədbirləri çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi və Nəqliyyat və İnfrastruktur Nazirliyinin dəstəyi ilə Türkiyənin simvolik tikililərinin Cəmiyyətin qırmızı rəngi ilə işıqlandırılmasına qərar verilib. 

Bu çərçivədə dünən gecə (11 iyun) təşkil edilən tədbir çərçivəsində Qalata Qülləsi, Göbeklitepe, Sfenksli Alacahöyük Qapısı, Patara Antik Şəhər, 2. Türkiyə Böyük Millət Məclisi binası/Cümhuriyyət muzeyi, Fatih Sultan Mehmet körpüsü, Yavuz Sultan Səlim körpüsü və Ankara Atakule qülləsi, TOBB qüllələri və İstanbul Ataşehir Metropol AVM qülləsi qırmızı rənglə işıqlandırılıb.



Әlaqәli Xәbәrlәr