“Artıq Türkiyə firmaları dünya nəhəngləri ilə rəqabət aparır”, H.Akar

Paytaxt Ankarada iyunun 10-da təşkil edilən Məhsuldarlıq və Texnologiya Sərgisində etdiyi çıxışında H.Akar deyib...

1654997
“Artıq Türkiyə firmaları dünya nəhəngləri ilə rəqabət aparır”, H.Akar

 

  Türkiyənin milli müdafiə naziri Hulusi Akar Türkiyə Silahlı Qüvvələrinin (TSK) artıq dünyada çox az sayda ordunun əldə edə biləcəyi yüksək texnologiyanın təmin etdiyi üstünlüklərə və əməliyyat üstünlüyünə çatdığını söylədi.

  Paytaxt Ankarada iyunun 10-da təşkil edilən Məhsuldarlıq və Texnologiya Sərgisində etdiyi çıxışında H.Akar deyib: “Texnologiyanın gücündən effektiv şəkildə istifadə edən ölkələr beynəlxalq sahədə üstünlüyə malikdir. Yüksək texnologiyaya söykənən müdafiə sənayesində biz yerlilik və millilik nisbətini 70 faizin üzərinə çıxarmağı bacardıq. Bu nisbəti 2023-cü ildə 75-80 faiz etməyi düşünürük.

  Artıq Türkiyə müdafiə sənayesi sahəsində fəaliyyət göstərən yerli firmalar dünya nəhəngləri ilə rəqabət apara bilir. Dünyanın qabaqcıl ilk 100 müdafiə obyekti arasında 7 yerli firmamız var.

  Nəinki özünün, dost və müttəfiq ölkələrin də müdafiə sistemləri ehtiyacını qarşılayacaq vəziyyətdə olan Türkiyə Silahlı Qüvvələri artıq çox az sayda ordunun əldə edə biləcəyi yüksək texnologiyanın təmin etdiyi üstünlüklərə və əməliyyat gücünə malikdir.

  Gələcəyin müdafiə sənayesi texnologiyalarında quru-dəniz-havadan başqa, kosmos və kiber kosmosun da əhəmiyyətli bir hərəkat sahəsi olduğunu bilirik. Xüsusilə kiber sistemlər sahəsində üstünlük əldə etmək digər sahələrdə də müvəffəqiyyətli olmanın ön şərtidir."



Әlaqәli Xәbәrlәr